Modern.az

Narkotik satışı ilə məşğul olan silahlı şəxs saxlanıldı

Narkotik satışı ilə məşğul olan silahlı şəxs saxlanıldı

Aktual

22 Yanvar 2026, 15:40

Göyçayda narkotiklərin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Modern.az-a verilən xəbərə görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı rayon sakini, 38 yaşlı İlkin Vəzirov saxlanılıb. Ondan 2 kiloqram marixuana, 2 kiloqram 435 qram tiryək, 1 kiloqramdan artıq həşiş, 400 qrama yaxın heroin və metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, eləcə də qanunsuz olaraq üzərində daşıdığı odlu silah tapança aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır