İranın xarici işlər naziri Abbas Araqçi ölkədəki son iğtişaşlarda ölənlərin sayını açıqlayıb.
Modern.az xəbər verir ki, Abbas Araqçi bu barədə X-dəki paylaşımında qeyd edib.
Nazirin bildirdiyinə görə, İranda kütləvi etirazlar zamanı 3117 nəfər həlak olub.
O, qeyd edib ki, bunlardan 2427-si mülki şəxslər və təhlükəsizlik qüvvələri, eləcə də 690-ı "terrorçu" olub.