Modern.az

Sumqayıtda avtoxuliqanlıq etdi, həbs olundu

Sumqayıtda avtoxuliqanlıq etdi, həbs olundu

Aktual

23 Yanvar 2026, 19:39

Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlər Yol Polisi İdarəsindən bildirilib.

 

Məlumata görə, Suraxanı RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Chevrolet" markalı 90-YD-239 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Elçin Aşurəliyev saxlanılıb.

 

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü E.Aşurəliyevin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır