Modern.az

Bakıda soyğunçuluq edənlər tutuldu - VİDEO

Bakıda soyğunçuluq edənlər tutuldu - VİDEO

Aktual

26 Yanvar 2026, 14:04

Xətai rayonu M.Hadi küçəsində paytaxt sakini olan bir nəfərin mobil telefonu naməlum şəxslər tərəfindən talama yolu ilə əlindən alınıb.

Modern.az xəbər verir ki, bu barədə zərərçəkən şəxsin polisə şikayəti daxil olub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri 21 yaşlı Surxay Əliyev və həmyaşıdı Mirvəli Seyidov saxlanılıblar. Cinayət anı təhlükəsizlik kameraları vasitəsilə görüntülənib. 

Araşdırma aparılır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır