Avropa Birliyi 2027-ci ildən sonra Rusiya qazının alınmasına görə 2,5 milyon avro cərimə tətbiq edəcək.
Modern.az xəbər verir ki, Aİ Şurasının bəyanatına görə, Rusiya qazının idxalını qadağan edən Aİ qaydalarına əməl edilməməsi fiziki şəxslər üçün ən azı 2,5 milyon avro, şirkətlər üçün isə ən azı 40 milyon avro cərimə ilə nəticələnə bilər.
26 yanvarda Aİ Şurası Rusiya boru kəməri və mayeləşdirilmiş təbii qazının idxalını qadağan edən qaydanı təsdiqləyib. Rusiya mayeləşdirilmiş təbii qazının idxalı 1 yanvar 2027-ci ildən, boru kəməri qazının isə 30 sentyabr 2027-ci ildən tamamilə qadağan olunacaq (bu müddət 1 noyabr 2027-ci ilə qədər uzadıla bilər).