Modern.az

Fahişəliyə çağırış edənlər 500 manat CƏRİMƏLƏNƏCƏK

Fahişəliyə çağırış edənlər 500 manat CƏRİMƏLƏNƏCƏK

Aktual

26 Yanvar 2026, 16:36

İnternet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə cərimələr müəyyənləşib.

Modern.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə edilən yeni - 524.2-ci maddəyə əsasən, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə beş yüz manat məbləğində cərimə ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır