Modern.az

"TikTok"da söyüş söyən şəxsi həbs edildi

"TikTok"da söyüş söyən şəxsi həbs edildi

Aktual

26 Yanvar 2026, 18:38

"TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Modern.az xəbər verir ki, Zəngilan rayon sakini 1984-cü il təvəllüdlü Habil Həsənov "TikTok" platformasında dostuna məxsus "Məmmədov Səmiyyədin" adlı səhifədə açılmış canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.

 

H.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib. (Mənbə: APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır