Modern.az

Azərbaycan və Mərakeş arasında siyasi məsləhətləşmələr

Azərbaycan və Mərakeş arasında siyasi məsləhətləşmələr

Aktual

26 Yanvar 2026, 21:35

Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyi arasında siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

 

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Mərakeş Krallığı tərəfindən isə Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə baş direktoru Ömər Kadiri rəhbərlik edib.

 

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat, turizm, təhsil, idman və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

 

Çoxtərəfli platformalarda iki ölkə arasında əməkdaşlığın vəziyyəti ilə bağlı məmnunluq ifadə edilib və bu təcrübənin davam etdirilməsinin zəruriliyi qeyd olunub.

 

Qarşı tərəfə regionumuzdakı son inkişaflar, sülh gündəliyi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri barədə məlumat verilib.

 

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır