İranda həbs edilən Həmidrza Sabet Esmaeilpour İsrail kəşfiyyat xidməti “Mossad”a casusluqda günahkar bilinərək bu gün edam edilib.
Modern.az xəbər verir ki. bu barədə “Mehr” agentliyinin məlumatında bildirilib.
Esmaeilpour kəşfiyyat zabiti ilə əlaqə qurmaqda, sənədləri təhvil verməkdə və məxfi məlumatlar verməkdə günahkar bilinib.
Bütün hüquqi prosedurlar başa çatdıqdan sonra onun hökmü İran Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
Edam hökmü İran qanunlarına uyğun olaraq təsdiqləndikdən və məhkəmə rəsmiləşdirmələri başa çatdıqdan sonra həyata keçirilib.