Modern.az

Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO

Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO

Aktual

28 Yanvar 2026, 12:56

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsini genişləndirir. 2030-cu ilədək əlavə 25 dayanacaq və stansiya istifadəyə veriləcək.

ADY-dən Modern.az-a verilən məlumata görə, Dövlət Proqramı çərçivəsində aşağıdakı istiqamətlərdə dəmir yolu xətləri bərpa olunacaq və yeni stansiyalar tikiləcək:

- Yeni Suraxanı-Hövsan (4 stansiya)

- Bakıxanov-Binə-Qala (7 stansiya)

- Zabrat-Maştağa-Bağlar (7 stansiya)

Məlumata görə, hazırda Dərnəgül dayanacağının tikintisi sürətlə davam edir, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqları yaradılır. Bundan əlavə, Baş Keşlə və Nərimanov stansiyalarında qatarların dayanması təmin olunacaq.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır