Modern.az

Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb

Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb

Aktual

28 Yanvar 2026, 13:41

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində istintaq olunan “Ramiz Mehdiyev İşi” üzrə cinayət məsuliyyətinə cəlb edilən və barəsində axtarış elan olunan Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb.

Modern.az xəbər verir ki, Abbas Abbasovun Bakıda bağ evində və əsas yaşadığı mənzilində aparılan axtarışda onun ailə üzvləri iştirak edib.

Bildirilir ki, Abbas Abbasovun ötən illər ərzində Rusiya hökuməti və ayrı-ayrı qurumları tərəfindən aldığı mükafatlar, fəxri fərmanlar və sair sənədlər istintaq qrupu tərəfindən götürülüb.

Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb (mənbə: Gününsəsi.info).

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır