Modern.az

Mina qurbanlarının sayı açıqlandı

Mina qurbanlarının sayı açıqlandı

Aktual

28 Yanvar 2026, 16:30

2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub, onlardan 71 nəfəri həlak olub, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır