Modern.az

Səhiyyə xərcləri proqnozdan az icra olunub 

Səhiyyə xərcləri proqnozdan az icra olunub 

Aktual

28 Yanvar 2026, 17:15

Ötən dövlət büdcəsindən səhiyyə xərclərinə 1 milyard 275.3 milyon manat ayrılıb.

Bu barədə Modern.az-a Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, ötən il büdcədən səhiyyə xərclərinə 1 milyard 993.6 milyon manat ayrılması proqnozlaşdırılırdı. Beləliklə, ötən il səhiyyə xərcləri proqnozla müqayisədə 718.3 milyon manat az icra olunub.

Xatırladaq ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat proqnozlaşdırılmışdı. Ötən il büdcə gəlirləri proqnozdan 775 milyon manat çox, büdcə xərcləri isə 2 milyard 804 milyon manat az icra edilib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır