Modern.az

Türkiyə - Azərbaycan qardaşlığını heç bir güc poza bilməz - SORĞU

Türkiyə - Azərbaycan qardaşlığını heç bir güc poza bilməz - SORĞU

Aktual

28 Yanvar 2026, 15:55

Azərbaycan ilə Türkiyə arasında formalaşmış strateji müttəfiqlik münasibətlərini hədəf alan dezinformasiya cəhdlərinə qarşı Azərbaycan ictimaiyyətindən qətiyyətli reaksiya gəlib.

Modern.az xəbər verir ki, MediaTürk TV-nin mikrofonuna danışan Azərbaycan vətəndaşları iki qardaş ölkə arasındakı münasibətlərin süni gündəmlərlə pozula bilməyəcəyini vurğulayıblar.

MediaTürk TV-dən Serdar Şengülə danışan vətəndaşlar bildiriblər ki, xüsusilə Rusiyanın bəzi media resursları üzərindən aparılan informasiya manipulyasiyaları nəticəsiz qalacaq. Onların sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr siyasi maraqlardan və xarici təsirlərdən qat-qat üstündür.

Vətəndaşların fikrincə:

“Türkiyə ilə Azərbaycan arasında inşa olunan münasibətləri pozmağa Rusiyanın gücü yetməz. Biz Türkiyə ilə ət və dırnaq kimiyik.”

Digər bir vətəndaş isə qeyd edib ki, son illərdə Azərbaycan və Türkiyənin regional və beynəlxalq səviyyədə əldə etdiyi uğurlar bəzi dairələri ciddi şəkildə narahat edir:

“Rusiya Azərbaycan və Türkiyənin əldə etdiyi uğurlara kölgə salmaq istəyir. Amma buna nail ola bilməz. Çünki bizim qardaşlığımız maraqlara deyil, qanımıza söykənir.”

Azerbaycanlı vətəndaşlar Türkiyə–Azərbaycan münasibətlərinin yalnız dövlətlərarası əməkdaşlıqdan ibarət olmadığını, eyni zamanda xalqlar arasında möhkəm tarixi, mədəni və mənəvi bağlara əsaslandığını vurğulayıblar.

“Bizim qardaşlığımız sadəcə imzalanmış sənədlərlə ölçülmür. Bu bağ tariximizdən, ortaq mübarizəmizdən və qan yaddaşımızdan gəlir.”

Sonda vətəndaşlar ictimaiyyəti xarici mənbələrdən yayılan saxta və manipulyativ məlumatlara qarşı ayıq-sayıq olmağa çağıraraq, bu cür informasiya hücumlarının Azərbaycan–Türkiyə birliyini sarsıda bilməyəcəyini bildiriblər.

 

Serdar Şengül

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır