Modern.az

Xətai rayonunun suyu kəsiləcək

Xətai rayonunun suyu kəsiləcək

Aktual

28 Yanvar 2026, 17:42

Sabah 10:00-dan saat 22:00-a qədər Bakının Xətai rayonunun bəzi ərazilərində su kəsiləcək.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsidir. İşlər yekunlaşdıqdan sonra istismar qaydalarına uyğun olaraq suyun əvvəlki qrafiklə verilməsi bərpa ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır