Modern.az

Bakıda oğurluq edənlər saxlanıldılar

Bakıda oğurluq edənlər saxlanıldılar

Aktual

28 Yanvar 2026, 17:50

Paytaxtın Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Modern.az xəbər verir kİ, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, rayon sakini polisə müraciət edərək “Tufan” markalı mopedinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən H.Həsənov və E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Nərimanov rayonunda isə bir nəfərə məxsus içərisində pul, mobil telefon və bank kartları olan pul kisəsini talamaqda şübhəli bilinən N.Məmmədova da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır