Modern.az

DİM bunun üçün 230 min xərcləyəcək

DİM bunun üçün 230 min xərcləyəcək

Aktual

28 Yanvar 2026, 21:59

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) işçilərinin könüllü tibbi sığortasına sərf olunacaq vəsaitin həcmi məlum olub.

 

 

Modern.az xəbər verir ki, DİM bununla bağlı müvafiq işlər yekunlaşdırılıb.

 

Belə ki, DİM ümumilikdə 820 işçisini (340 işçi, 480 ailə üzvü (o cümlədən 430 kişi, 390 qadın və 24 nəfər 3 yaşa qədər uşaq) sığortalayacaq şirkəti artıq müəyyənləşdirib.

 

Qurum işçilərinin könüllü tibbi sığortası üçün "Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə razılaşıb və müqavilə bağlanılıb.

 

Müqaviləyə əsasən, DİM-in 820 işçisinin könüllü tibbi sığortası 237,8 min manata başa gələcək. (Mənbə: iqtisadiyyat.az)

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır