Modern.az

Əhəd Abıyevdən qardaşının ölüm xəbərinə REAKSİYA

Əhəd Abıyevdən qardaşının ölüm xəbərinə REAKSİYA

Aktual

29 Yanvar 2026, 14:26

Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevin qardaşı Nadir Abıyevin vəfat etməsi ilə bağlı məlumat yayılıb.

Modern.az xəbər verir ki, Əhəd Abıyev açıqlamasında qardaşının vəfat etmədiyini deyib.

"Qardaşım Nadir xərçəng xəstəliyindən əziyyət çəkir. Bir müddət əvvəl Türkiyəyə aparmışdıq. Təxminən bir ay orada müalicə aldı.

Daha sonra Vətənə qayıtdı. Hazırda Bakı Sağlamlıq Mərkəzində reanimasiyadadır. Vəfat etməyib", - deyə o əlavə edib.

Qeyd edək ki, Nadir Abıyev 2006-2020-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.("Unikal" )

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır