Modern.az

602 layihə...Agentlikdən QHT-lərə AÇIQLAMA

602 layihə... - Agentlikdən QHT-lərə AÇIQLAMA

Aktual

29 Yanvar 2026, 12:24

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin 2026-cı il üzrə elan edilmiş qrant müsabiqələrinin (bp və Qarabağ Dirçəliş Fondu ilə birlikdə aparılan müsabiqələr daxil olmaqla) texniki seleksiya mərhələsindən 602 layihə keçib.

Modern.az xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Qeyd edilib ki, texniki seleksiya mərhələsindən 602 layihə hazırda müstəqil ekspertlər tərəfindən qiymətləndirmə prosesindədir.

Bundan sonra yekun dəyərləndirmə aparılacaq və nəticələr 2026-cı ilin I rübü ərzində elan ediləcək.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır