Modern.az

Gəncə Dövlət Universiteti ilk dəfə yer aldı

Gəncə Dövlət Universiteti ilk dəfə yer aldı

Aktual

29 Yanvar 2026, 13:50

Gəncə Dövlət Universiteti “QS Avropa” və Qərbi Asiya universitetlərinin reytinqi siyahısında ilk dəfə yer alıb.

Modern.az xəbər verir ki, “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunmuş “QS Avropanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alan Azərbaycan universitetlərinin sayı ötən illə müqayisədə 9-dan 15-ə yüksəlib.

Reytinqdə təmsil olunan 42 ölkədən 958 universitet arasında bu il 6 Azərbaycan universiteti ilk dəfə olaraq siyahıya daxil edilib.

Yeni daxil olan universitetlərin sayına görə Azərbaycan 17-ci mövqedə qərarlaşıb.

Gəncə Dövlət Universiteti “QS Avropa” reytinq siyahısında 701-900 diapazonunda qərarlaşaraq, bu siyahıda ilk dəfə iştirak etməklə uğurlu debütə imza atıb. GDU həmçinin  “QS Qərbi Asiya” reytinqində 79-cu yerə layiq görülüb. 

Qeyd edək ki, reytinqin əvvəlki buraxılışı ilə müqayisədə siyahıda yer alan Azərbaycan universitetlərinin əksəriyyəti bu il “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Məşğulluq nəticələri”, “Əcnəbi müəllim payı” və “Müəllim-tələbə nisbəti” kimi əsas indikatorlar üzrə mövqelərini daha da yaxşılaşdırıb.

 

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır