Modern.az

Naftalan Xəstəxanası cərimələndi

Naftalan Xəstəxanası cərimələndi

Aktual

29 Yanvar 2026, 19:49

Naftalan Şəhər Mərkəzi Xəstəxanası inzibati qaydada cərimə olunub.

 

Modern.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi səhiyyə ocağı ilə bağlı protokol tərtib edib.

 

Protokola səbəb xəstəxanada təhlükəsizlik və bir sıra tələb olunan qaydalara əməl olunmamasıdır.

 

Məsələ burasındadır ki, 2025-ci ildə də Naftalan Şəhər Mərkəzi Xəstəxanasında yoxlama tədbirləri keçirilib və problemlərin aradan qaldırıması üçün zaman verilib. Ötən bir il ərzində qeyd olunan nöqsanlar aradan qaldırılmayıb.

 

Məhkəmə qərarı ilə Naftalan Şəhər Mərkəzi Xəstəxanası 5 min manat məbləğində cərimə olunub.

 

Qeyd edək ki, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Samir Allahverdiyevdir. (Mənbə: teleqraf)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır