Modern.az

İmtahanlarda iştirakla bağlı xidməthaqqı ödəniləcək 

İmtahanlarda iştirakla bağlı xidməthaqqı ödəniləcək 

Aktual

30 Yanvar 2026, 15:32

Dövlət Dəniz və Liman Agentliyində təşkil edilən imtahanlarda iştirakla bağlı xidməthaqqı tətbiq olunacaq. 

Modern.az xəbər verir ki, yeni qaydaya əsasən gəmi heyəti üzvlərinə sertifikatların (diplomların) verilməsi, həmçinin etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəzlənməsi üçün təşkil olunan imtahanlarda hər bir namizədin beş dəfə ödənişsiz iştirak etmək hüququ olacaq.

Belə ki, beş dəfə ödənişsiz iştirakdan sonra təkrar imtahanlara görə komandir heyəti vəzifələri üzrə 25 manat, sıravi heyət vəzifələri üzrə isə 10 manat ödəniş tələb olunacaq. 

Sözügedən tələblər “Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə uyğun olaraq tətbiq edilir. 

Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə məbləğlər təsdiq edilib.

Hazırda xidməthaqqılarını yalnız “Azərpoçt” MMC-nin poçt şəbəkəsində olan filiallar vasitəsilə ödəmək mümkündür.

Ödəniş üçün tələb olunan bank rekvizitləri barədə məlumatları linkə keçid edərək öyrənmək mümkündür. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır