Modern.az

Prezident mükafatçısı: "Ölkəmizin vokal ustaları arasında mənim səsim olacaq"

Prezident mükafatçısı: "Ölkəmizin vokal ustaları arasında mənim səsim olacaq"

Aktual

30 Yanvar 2026, 21:15

Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənərək 2026-cı il Gənclər üçün Prezident mükafatlarına layiq görülənlər arasında gənc vokalçı Səməd Novruzov da var.

Bakı Musiqi Akademiyasının məzunu olan istedadlı gənc hazırda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimçi işləyir. Səməd ikinci qrup görmə məhdudiyyətli sayılır.

Modern.az xəbər verir ki, o, AZƏRTAC-a təəssüratlarını bölüşüb: "22 yaşında belə bir yüksək mükafata layiq görülmək, əlbəttə ki, məni sevindirir.

Vokal sənətinin incəliklərini öyrənmək, peşəkarlığımı artırmaq üçün inadla çalışıram. Layiq görüldüyüm mükafat məni üzərimdə daha çox işləməyə ruhlandırır. Yeni mahnılar, ariyalar və vokal əsərləri üzərində işləyirəm. Ümid edirəm ki, ölkəmizin vokal ustaları arasında mənim imzam, səsim olacaq. Bu yolda məndən asılı olan hər şeyi etməyə hazıram".

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 30-da "2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır