Modern.az

Sumqayıtda kişi toyda rəqs edərkən öldü

Sumqayıtda kişi toyda rəqs edərkən öldü

Aktual

31 Yanvar 2026, 20:54

Sumqayıtda toy mərasimi zamanı ölüm faktı qeydə alınıb.

Modern.az xəbər verir ki, hadisə “Alinea” restoranında baş verib.

Toy məclisində iştirak edən 49 yaşlı Baba Məmmədovun rəqs edərkən qəfil halı pisləşib. Ona dərhal kömək göstərilsə də, kişinin həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində vəfat edib.

Məlumata görə, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. (Mənbə:Teleqraf)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır