Modern.az

Kürdəmirdə qəza - xəsarət alanlar var

Kürdəmirdə qəza - xəsarət alanlar var

Aktual

31 Yanvar 2026, 22:56

Kürdəmirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 32 yaşlı sürücü Pərvanə Əliyeva Bakı istiqamətində hərəkətdə olarkən "Toyota" markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan 4 nəfər - sürücü və sərnişinlər; 31 yaşlı Akif Əliyev, 66 yaşlı Təranə Xəlilova və 19 yaşlı Aytən Xasıyeva müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin başvermə səbəbi araşdırılır. (Report)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır