Modern.az

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi

Aktual

1 Fevral 2026, 19:39

Sosial şəbəkələrdə fəaliyyət göstərən "Smart Saat" adlı onlayn mağazadan planşet alan vətəndaş aldığı məhsulun sifariş etdiyindən fərqli olduğunu deyib. Şikayətçinin Baku TV-yə bildirdiyinə görə, o, ötən il noyabrın 29-da mağazanın "Instagram" səhifəsində planşet gördükdən sonra satıcı ilə əlaqə saxlayıb və bir terabaytlıq məhsulun olub-olmaması ilə maraqlanıb.

Modern.az xəbər verir ki, satıcıdan müsbət cavab aldıqdan sonra həmin gün sifariş rəsmiləşdirilib. Lakin vətəndaş bildirir ki, planşeti istifadə edərkən məhsulun texniki göstəricilərinin uyğun olmadığını aşkar edib: "Qeydiyyat zamanı hiss etdim ki, problem var. Sonra baxdım ki, məhsul 512 giqabaytdır. Mən isə bir terabaytlıq istəmişdim".

Şikayətçi qeyd edir ki, məhsuldan narazı qaldığını mağazaya dəfələrlə bildirib və planşeti geri qaytarmaq istəyib. Onun sözlərinə görə, mağaza əməkdaşları bunu qəbul etməyiblər: "Heç olmasa, qiymətini aşağı salın" dedim. Dedilər ki, açılmış məhsul geri qaytarılmır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır