Modern.az

Naxçıvanın Nazirlər Kabineti Ali Məclisə tabe olmayacaq

Naxçıvanın Nazirlər Kabineti Ali Məclisə tabe olmayacaq

Aktual

2 Fevral 2026, 11:57

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabe olacaq.

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in Nazirlər Kabineti Naxçıvan MR-in Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir.

Qanun layihəsinə əsasən, Naxçıvan MR-in Nazirlər Kabineti Naxçıvan MR-in Ali Məclisinə özünün fəaliyyəti barədə hesabat verəcək. Naxçıvan MR-in Nazirlər Kabineti iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

Qanun layihəsi müzakirəyə çıxarılaraq ikinci səsvermədə qəbul edilib. İlk səsvermə 2025-ci il iyulun 8-də keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır