Modern.az

Epşteyn dosyesində Türkiyə ilə bağlı naməlum detallar gündəmə gəlir

Epşteyn dosyesində Türkiyə ilə bağlı naməlum detallar gündəmə gəlir

Aktual

2 Fevral 2026, 13:22

Beynəlxalq ictimaiyyətdə geniş rezonans doğuran Epşteyn dosyesi, bu dəfə Kipr və Türkiyə ilə bağlı məqamları ilə diqqət mərkəzinə çıxır.

Modern.az xəbər verir ki, indiyədək ictimaiyyətə açıqlanmayan mühüm detallar MediaTürk TV-də yayımlanan “Net Baxış 360 Dərəcə” proqramında müzakirə olunacaq.

Proqramın qonağı, Təhlükəsizlik və Terror üzrə ekspert Sinan Yıldız, Epşteyn dosyesində yer alan Kipr və Türkiyə bölmələrini geosiyasi, təhlükəsizlik və kəşfiyyat aspektlərindən dərin təhlil edəcək. Regional balanslar, beynəlxalq münasibətlər və pərdəarxası iddialar faktlar əsasında dəyərləndiriləcək.

Maraqla gözlənilən bu xüsusi yayım bu gün saat 17:00-da MediaTürk TV ekranlarında tamaşaçılara çatdırılacaq.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!