Modern.az

BNF Azərbaycanın sessiyaya sədrliyini yüksək qiymətləndirdi

BNF Azərbaycanın sessiyaya sədrliyini yüksək qiymətləndirdi

Aktual

3 Fevral 2026, 09:40

Parisdə Beynəlxalq Nəqliyyat Forumunun Nəqliyyatı İdarəetmə Şurasının fövqəladə sessiyası keçirilib.

Modern.az xəbər verir ki, Beynəlxalq Nəqliyyat Forumu (BNF) Azərbaycanın sözügedən tədbirə sədrliyini yüksək qiymətləndirib. 

İclasdan sonra BNF-nin sosial media hesabında paylaşılan açıqlamada iclasın uğurla idarə olunmasına və müzakirələrin səmərəli şəkildə yönləndirilməsinə görə Azərbaycana xüsusi minnətdarlıq ifadə edilib. 

Fövqəladə sessiya nəqliyyat siyasəti üzrə dialoq üçün mühüm platforma rolunu oynayıb və ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa sadiqliyini növbəti dəfə nümayiş etdirib.

Məlumat üçün bildirək ki, Azərbaycanın BNF-yə prezidentliyi 6-8 may 2026-cı il tarixlərində “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusunda keçiriləcək sammitlə yekunlaşacaq. BNF-yə prezidentlik ölkəmizin qlobal nəqliyyat siyasətinin formalaşdırılmasındakı rolunu daha da möhkəmləndirəcək. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!