Maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə pandemiya modelləşdirməsi üçün tövsiyələrin və texniki həllərin hazırlanmasını müzakirə edən 2017-ci il məktubu aşkar edilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, müzakirələr COVID-19 pandemiyasının başlamasından üç il əvvəl baş tutub.
Yazışmalar amerikalı milyarder Bill Qeytsə ünvanlanıb və daha sonra Epşteynə göndərilib. Məktubun müəllifi Qeytsə həmkarları ilə birgə işlərinin bir hissəsi olaraq yerinə yetiriləcək tapşırıqların və analitik materialların siyahısını hazırladıqlarını bildirib.
Təklif olunan iş siyahısında "müxtəlif ştammların pandemiya modelləşdirilməsi üçün tövsiyələrin və texniki spesifikasiyaların təkmilləşdirilməsi"nə xüsusi diqqət yetirilir. Bu termin səhiyyə, tibbi məlumatların qorunması və ABŞ əhalisi üçün səhiyyə xərclərinin təhlili ilə bağlı layihələr kontekstində istifadə olunur.