Modern.az

Azərbaycana idxal olunan mobil telefonların maya dəyəri artıb

Azərbaycana idxal olunan mobil telefonların maya dəyəri artıb

Aktual

7 Fevral 2026, 05:51

Ölkəyə idxal olunan bəzi mobil telefonların maya dəyəri dəfələrlə artıb.

Modern.az xəbər verir ki, mobil telefonların idxalı ilə məşğul olan Aqşin Məmmədzadənin sözlərinə görə, illərdir bu işi görür. Lakin bu il qüvvəyə minən qanun işləri bir az qəlizləşdirib.

Belə ki, əvvəl 8 manat 50 qəpiyə alınan düyməli mobil telefonun qiyməti gömrük və aksiz vergisi ilə birlikdə 15-16 manata başa gəlirdi. Qanunda olan yeni dəyişiklikdən sonra bu qiymət 40 manatı ötür.

Aqşin Məmmədzadənin sözlərinə görə, qanundakı dəyişiklik dəyəri 200 manatdan aşağı olan mobil telefonların satış qiymətinə ciddi təsir edir. Bu səbəbdən də 20 manat tarifi və ƏDV-nin telefonların qiymət bölgüsünə görə hesablanması daha məqsədəuyğun olardı.

Sahibkarın fikri ilə bağlı Dövlət Gömrük Komitəsinin mövqeyini öyrənmək mümkün olmayıb. (Mənbə:Xəzər TV)

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin generalı GÜLLƏLƏNDİ - Rusiyada ara qarışır