Modern.az

Narkotikin təsiri altında maşını idarə edən sürücü həbs edildi

Narkotikin təsiri altında maşını idarə edən sürücü həbs edildi

Aktual

7 Fevral 2026, 09:54

Cəlilabad rayonu ərazisində "Vaz 2106" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Zamiq Səfərovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib.

Nəticədə həmin şəxsin psixotrop maddə metamfetamin və marixuana istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə Z.Səfərov 15 gün müddətinə inzibati həbs olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bunu yığışdırın! - Bakıdan Rusiyaya sərt cavab