Modern.az

Sabunçuda sakinlər üçün təhlükə yaradan hasar

Sabunçuda sakinlər üçün təhlükə yaradan hasar

Aktual

9 Fevral 2026, 02:31

Səkiboyu səpələnən bu daşların hər biri təsadüfən və xoşbəxtlikdən hər hansı piyadadan yan keçib yerə düşmüş hasarın parçalarıdır.

Modern.az xəbər verir ki, bu ərazi paytaxtın Sabunçu rayonu, Asif Əsədullayev küçəsidir.

Səkidən istifadə edən sakinlər prosesin bir neçə aydır ki, davam etdiyini bildirdilər.

Gündə bu yoldan dəfələrlə istifadə edən sakinlər deyirlər ki, xüsusilə küləkli və yağışlı havada hasarın yuxarısından tökülən daşlar daha da çoxalır.

Bu yoldan xüsuilə məktəbə gedən uşaqların istifadə etməsi isə təhlükə ehtimalını daha da artırır. (Xəzər TV)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?