Modern.az

Rüşvətlə əlillik dərəcəsi verən həkimlər məhkəmə zalında həbs edildi

Rüşvətlə əlillik dərəcəsi verən həkimlər məhkəmə zalında həbs edildi

Aktual

9 Fevral 2026, 13:06

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmənin hazlrlıq iclası keçirilib.

Modern.az xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib, təqsirləndirilən şəxslər məhkəmə zalında həbs edilib.

Daha sonra məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası 18 fevrala təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydğı məlumata görə, Əliyeva Könül Zakir qızının “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işlədiyi dövrdə müxtəlif qanunsuzluqlara yol verməsi barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-dən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Könül Əliyevanın sözügedən vəzifədə işləyərkən həmin xəstəxananın Məmmədrzalı tibb məntəqəsinin müdiri vəzifəsində işləmiş İltizam Əzimovun köməkçiliyi ilə qanunsuz olaraq əlillik dərəcələrinin təyin edilməsi ilə əlaqədar saxta məlumatların müvafiq elektron informasiya sisteminə yerləşdirilməsi müqabilində ona müraciət etmiş çoxsaylı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində dövlət büdcəsinə maddi ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Könül Əliyevaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma) və 313 (vəzifə saxtakarlığı), İltizam Əzimova isə həmin Məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik), 32.5, 311.3.2 (təkrar rüşvət almaya köməkçilik) və 32.5, 313-cü (vəzifə saxtakarlığına köməkçilik) maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı dövlət büdcəsinə dəymiş ziyanın isə qismən ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi