Modern.az

Bank kartından 5 min dollar oğurlayanlar həbs edildi

Bank kartından 5 min dollar oğurlayanlar həbs edildi

Aktual

10 Fevral 2026, 14:03

Paytaxtın Yasamal rayonunda talama cinayəti qeydə alınıb.

Modern.az-ın məlumatına görə, naməlum şəxslər tərəfindən zərərçəkənin bank kartından 5 min dolları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Q.Abbasova və 20 yaşlı Ş.Əmiraslanova saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar zərərçəkənin bank kartını oğurladıqdan sonra hesabındakı maddi vəsaiti nağdlaşdıraraq alış-veriş ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?