Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens və xanımı Uşa Vens bu gün Şəhidlər xiyabanını ziyarət ediblər.
Vitse-prezident Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Modern.az xəbər verir ki, Vensin bu ziyarəti ilə bağlı ABŞ səfirliyi paylaşım edib.
"Bu gün ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və İkinci xanım Uşa Vens Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər. Vens ailəsinin bu ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsi olmaqla yanaşı, anım mədəniyyətinin, insan ləyaqətinin və sülhün vacibliyini bir daha vurğuladı",-paylaşımda deyilir.
