Modern.az

Rusiyada 6 bal gücündə ZƏLZƏLƏ

Rusiyada 6 bal gücündə ZƏLZƏLƏ

Aktual

11 Fevral 2026, 12:54

Seysmoloqlar Xabarovsk diyarının şimal sahilləri yaxınlığında Oxot dənizində 6 maqnitudalı zəlzələ qeydə alıblar.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialının "Yujno-Saxalinsk" seysmik stansiyasından bildirilib.

Məlumata görə, yeraltı təkanlar Saxalin vaxtı ilə saat 17:29-da (Moskva vaxtı ilə 09:29-da) 30 km dərinlikdə Oxotsk qəsəbəsindən 229 km cənub-şərqdə və Maqadandan 300 km cənub-qərbdə yerləşib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkiandan xalqa ÇAĞIRIŞ - Hazır olun, çevriliş ola bilər