Modern.az

ABŞ bizdən tualet kağızı kimi istifadə edib - nazir

ABŞ bizdən tualet kağızı kimi istifadə edib - nazir

Aktual

11 Fevral 2026, 15:27

Vaşinqton Pakistanı strateji maraqları üçün istismar edib və işlənmiş tualet kağızı kimi atıb.

Modern.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif bildirib.

Pakistan Milli Assambleyasında danışan nazir hazırda ABŞ ilə münasibətlərin gərgin olduğunu xatırladıb.

Müdafiə naziri 11 sentyabr 2001-ci il hücumlarından sonra ABŞ-ın bölgə siyasətinin ölkəsi üçün dağıdıcı olduğunu bildirdi.

"Pakistanla bir məqsəd üçün istifadə edilən və sonra atılan tualet kağızından daha pis rəftar edildi", - deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Bakını müharibə ilə hədələdi