Modern.az

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırıldı

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırıldı

Aktual

11 Fevral 2026, 16:00

Ötən gecə Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyinin “X” hesabında məlumat verilib.

“Ötən gecə Heydər Əliyev Mərkəzi viste-prezident Ceyms Devid Vensin rəsmi səfərinin şərəfinə ABŞ bayraqlarının rəbgi ilə işıqlandırılıb. Bu gözəl jest güclü və genişlənən ABŞ-Azərbaycan tərəfdaşlığını əks etdirir və dostluğumuzun, əməkdaşlığımızın, eləcə də daha parlaq gələcəyə və qarşılıqlı inkişafa olan müştərək sadiqliyimizin simvoludur”,- səfirlik qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Bakını müharibə ilə hədələdi