Modern.az

ADY sədri Türkmənbaşı Beynəlxalq Dəniz Limanında - FOTOLAR

ADY sədri Türkmənbaşı Beynəlxalq Dəniz Limanında - FOTOLAR

Aktual

11 Fevral 2026, 15:55

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Türkmənistana səfəri çərçivəsində Türkmənbaşı Beynəlxalq Dəniz Limanında olub.

Modern.az xəbər verir ki, limanın direktoru Parahat Cumayev ADY nümayəndə heyətinə Türkmənbaşı Limanının mövcud infrastrukturu, texniki imkanları və tranzit potensialı barədə geniş məlumat verilib. 

Həmçinin regional yükdaşımaların inkişafında Türkmənbaşı Beynəlxalq Dəniz Limanının rolu, Bakı Beynəlxalq Dəniz Limanı ilə Türkmənbaşı Limanının inkişafının sinxronlaşdırılması və dənizdə dibdərinləşdirmə işlərinin aparılması müzakirə edilib. Xəzər dənizi – Qara dəniz bağlantısının genişləndirilməsinin Orta Dəhliz üzrə daşımaların həcminin və əməliyyatların səmərəliliyinin artırılmasına töhfə verəcəyi vurğulanıb.

Limanların Avrasiya Nəqliyyat Marşrutu üzrə koordinasiyalı fəaliyyətinin Orta Dəhlizlə səmərəli, sürətli və təhlükəsiz yükdaşımaların təmin edilməsi baxımından vacibliyi bildirilib.

ADY sədri Türkmənbaşı Beynəlxalq Dəniz Limanında - FOTOLAR

ADY sədri Türkmənbaşı Beynəlxalq Dəniz Limanında - FOTOLAR

ADY sədri Türkmənbaşı Beynəlxalq Dəniz Limanında - FOTOLAR

ADY sədri Türkmənbaşı Beynəlxalq Dəniz Limanında - FOTOLAR

ADY sədri Türkmənbaşı Beynəlxalq Dəniz Limanında - FOTOLAR

Whatsapp
Bizə yazın!
Keçid et
İran Bakını müharibə ilə hədələdi