Modern.az

Qida Sənayesi Kolleci beynəlxalq sertifikat aldı

Qida Sənayesi Kolleci beynəlxalq sertifikat aldı

Aktual

11 Fevral 2026, 16:20

Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kolleci təhsilin keyfiyyətinin artırılması və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində mühüm uğura imza atıb.

UNEC-dən Modern.az-a bildirilib ki, kollec beynəlxalq idarəetmə standartları üzrə nüfuzlu sertifikatlar əldə edərək, təhsildə keyfiyyət və müasir yanaşmanı rəsmi şəkildə təsdiqləyib.

Tədris və idarəetmə proseslərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən sistemli işlərin nəticəsi olaraq, UNEC nəzdində Qida Sənayesi Kolleci ISO 9001:2015 – Keyfiyyətin idarəetmə sistemi və ISO 21001:2018 – Təhsil və təlim təşkilatları üçün idarəetmə sistemi standartları üzrə uyğunluq auditindən uğurla keçib.

Auditin nəticəsində Qida Sənayesi Kolleci müvafiq beynəlxalq sertifikatlara layiq görülüb.

ISO 9001:2015 sertifikatı kollecdə inzibati idarəetmənin şəffaflığına və effektivliyin təmin edildiyinə, ISO 21001:2018 standartı isə təhsilin keyfiyyətinə, tələbə məmnuniyyətinə və tədris metodologiyasının beynəlxalq meyarlara uyğunluğuna zəmanət verir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Bakını müharibə ilə hədələdi