Modern.az

Yeni Konstitusiyanın mətni dərc edildi

Yeni Konstitusiyanın mətni dərc edildi

Aktual

12 Fevral 2026, 09:34

Qazaxıstan Respublikasında vətəndaşların tanış olması üçün yeni Konstitusiyanın yekun layihəsi dərc edilib.

Modern.az Qazaxıstan KİV-lərinə istinadla verdiyi məlumata görə, sənədə əsasən, yeni Konstitusiyanın respublika referendumu yolu ilə qəbul edilməsi təklif olunur və təsdiqlənəcəyi təqdirdə, cari ilin iyulun 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, dünən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 15-də yeni Konstitusiya ilə bağlı respublika referendumu keçirilməsi haqqında Fərman imzalayıb.

Respublika referendumunun hazırlanması və keçirilməsi Mərkəzi Referendum Komissiyasının funksiyalarını yerinə yetirən ölkənin Mərkəzi Seçki Komissiyasına, habelə ərazi və məntəqə seçki komissiyalarına həvalə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
HAZIRLIQ BİTDİ! İran belə VURULACAQ - Xəritə yayıldı