“İctimai iştirakçılıq haqqında” Qanuna və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirləcək.
Modern.az xəbər verir ki, seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən verilən elana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin qeydiyyatı prosesi başa çatıb.
İctimai Şura üzvlüyünə 16 nəfərin namizədliyi qeydə alınıb. Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi isə 11 nəfər müəyyən edilib.
Seçki Komissiyasının qərarına əsasən, İctimai Şura üzvlüyünə seçkilər 3 mart 2026-cı il tarixində saat 11:00-dan 14:00-dək Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında (Bakı şəhəri, Heydər Əliyev prospekti 10) vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncağı şəklində keçiriləcək.