Modern.az

Bu marşrut xətti üzrə avtobuslar yeniləndi - FOTO

Bu marşrut xətti üzrə avtobuslar yeniləndi - FOTO

Aktual

12 Fevral 2026, 12:34

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) 206 saylı müntəzəm marşrut xətti üzrə keçirdiyi müsabiqənin nəticəsinə əsasən “Xaliq Faiqoğlu” MMC xidmətə başlayıb.

Modern.az xəbər verir ki, bu gündən xətt üzrə avtobuslar daha müasir nəqliyyat vasitələri ilə əvəzlənib.

Bildirilib ki, bu avtobuslar daha komfortlu olmaqla yanaşı bir sıra texnologiyalarla təchiz edilib. İsitmə-soyutma sistminə, fiziki məhdudiyyətlilər üçün xüsusi yerə və pandusa malikdir.

Metronun “Elmlər Akademiyası” stansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli marşrut üzrə 10 müasir avtobus 12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətindədir.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçirilir və gedişhaqqı 0,60 AZN müəyyən edilib.

 



Sizə yeni x var
Keçid et
DTX Mehdiyev və şəbəkəsini İFŞA ETDİ - Şok faktlar üzə çıxdı