Modern.az

16 yaşlı qızla yazışan bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı

16 yaşlı qızla yazışan bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı

Aktual

12 Fevral 2026, 14:49

Türkiyədə 16 yaşlı qız uşağını mesaj vasitəsilə təqib edən CHP-li bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb

Modern.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir

Türkiyənin Daxili İşlər Nazirliyi 16 yaşlı qız uşağına mesaj yazaraq onu təqib edən Giresunun Görele rayonunun CHP-li bələdiyyə sədri Hasbi Dedenin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

Açıqlamada bildirilib ki, Giresunun Görele rayonunun CHP-li bələdiyyə sədri Hasbi Dede davam edən istintaqın düzgün aparılması məqsədilə vəzifəsindən kənarlaşdırılıb və aşağıdakı məlumatlar təqdim olunub:

“Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinin Nazirliyimizə verdiyi səlahiyyətə əsasən; barəsində məhkəmə və inzibati araşdırmalar davam edən Görele bələdiyyə sədri Hasbi Dede müvəqqəti tədbir olaraq vəzifəsindən uzaqlaşdırılıb.” (Trend)

Sizə yeni x var
Keçid et
DTX Mehdiyev və şəbəkəsini İFŞA ETDİ - Şok faktlar üzə çıxdı