Küveytdən Azərbaycana turist axını artır.
Modern.az xəbər verir ki, bunu Küveyt səfiri Abdullah Mohamed Abdullah Almauidi, Küveytin milli bayramı - Dövlət müstəqilliyinin 65-ci, azadlıq bayramının isə 35-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Hər il Küveytdən Azərbaycana gələn turistlərin sayı 30-min nəfəri ötür. Hazırda ölkələrimiz arasında həftədə 4 aviareys həyata keçirilir” -səfir deyib.
Səfir əlavə olaraq qeyd edib ki, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında aktiv şəkildə iştirak edəcəklər:
“Bu mühüm tədbirin burada keçirilməsi Azərbaycanın regional və beynəlxalq müstəvidə özünəməxsus yeri və rolunun olduğunu göstərir”.