Modern.az

Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib

Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib

Aktual

14 Fevral 2026, 14:48

2025-ci ildə səfərbərlik hazırlığına da xüsusi diqqət yetirilib, səfərbərlik ehtiyatlarının keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb.
APA xəbər verir ki, bu barədə bu gün Müdafiə Nazirliyinin 2025-ci ilin yekunlarına dair Kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 2025-ci il ərzində toplanışlara cəlb edilən 19 mindən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlilərin bilik və bacarıqları təkmilləşdirilib, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib, eləcə də praktiki məşğələlər keçirilib.


Bu istiqamətdə görülən işlərin 2026-cı ildə də davam etdiriləcəyi bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?