Modern.az

Həmyerlimiz Ermənistanı qarış-qarış gəzir - YENİ VİDEO

Həmyerlimiz Ermənistanı qarış-qarış gəzir - YENİ VİDEO

Aktual

14 Fevral 2026, 16:06

İrəvanda çəkdiyi video ilə diqqətləri üzərinə çəkən əslən Qərbi Azərbaycandan olan Rövşən Əhmədov sosial şəbəkədə növbəti dəfə paylaşımını edib.

Modern.az xəbər verir ki, əslən Amasiya rayonunun Ağbaba kəndindən olan Rövşən Əhmədovun budəfəki paylaşımı Ermənistanın 2-ci ən böyük şəhəri Gümrüdən olub.

O, yayımladığı videoda Gümrü şəhərinin mərkəzi küçələrini avtomobili ilə gəzir və şəhərlə bağlı 35 il əvvəlki xatirələrini bölüşür:

"40 il keçib, amma heç bir dəyişiklik yoxdur. Atamın əlindən tutub, alış-veriş etdiyimiz günlər yadıma düşdü. Ağbaba kəndinin sakinləri artıq 40 ildir ki, öz yurd-yuvalarının həsrətini çəkirlər. Allahın iznilə Ağbabaya qayıdıb gələrik".

Qeyd edək ki, Ağbaba kəndi Qərbi Azərbaycanın Amasiya rayonu ərazisində yerləşir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?