Modern.az

Nərimanovda sayğac oğrusu saxlanıldı

Nərimanovda sayğac oğrusu saxlanıldı

Aktual

14 Fevral 2026, 16:32

Paytaxtın Nəsimi rayonu ərazisində vətəndaşlardan biri ona məxsus mağazadan oğurluq edilməsi barədə polisə müraciət edib. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 58 yaşlı İ.Səfərli müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, İ.Səfərlinin gecə saatlarında mağazanın qapısının açıq qalmasından istifadə edərək obyektə daxil olduğu müəyyən edilib.

"Analoji hadisə Nərimanov rayonu ərazisində də qeydə alınıb. Belə ki, zərərçəkənlər su sayğaclarının oğurlanması barədə polisə müraciət ediblər. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sayğacları oğurlamaqda şübhəli bilinən T.Məmmədov saxlanılıb.

Məsələ ilə əlaqədar araşdırma aparılır,-məlumatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?