Modern.az

Bakıda “şar yağışı” izdiham yaratdı

Bakıda “şar yağışı” izdiham yaratdı

Aktual

15 Fevral 2026, 02:02

Bakıda yerləşən ticarət mərkəzlərindən birində 14 Fevral – Sevgililər Günü münasibətilə təşkil olunan xüsusi proqram böyük izdihama səbəb olub.

Modern.az xəbər verir ki, alış-veriş mərkəzində ürək formasında hazırlanmış nəhəng “şar yağışı” ilə müşayiət olunan tədbiri izləmək üçün yüzlərlə sakin məkana axışıb.

Ticarət mərkəzində quraşdırılan dekorasiyadan eyni anda minlərlə qırmızı şar buraxılıb. “Şar yağışı” xüsusilə gənclər və ailələr tərəfindən maraqla qarşılanıb.

Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb. (Qafqazinfo)

Sizə yeni x var
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?